SAYTA GİRƏN OXUCU SAYI

19 Eylül 2016 Pazartesi

Kosmosa baxdığımız zaman biz onun bir neçə dəqiqə əvvəlki halını görürük. Niyə?

Kosmosda hər hansı bir obyektə, məsələn Yupiterə baxdıqda biz onun təxminən 43 dəqiqə əvvəlki vəziyyətini görürük. Bu, işığın yupiterdən teleskopumuza qədər gəlib çatdığı müddətdir (bu müddət bizim ilin hansı vaxtında ona baxmağımıza görə də fərqlənir, çünki Yerlə Yupiter arasındakı məsafə Günəşin ətrafında fırlanma məsafəsinə və sürətinə görə dəyişir).
İşıq təxminən 299.792.458 m/san sürətlə hərəkət edir. Yaxın məsafədə biz onu dərhal görürük. Lakin kosmosla bizim aramızda olan böyük məsafəyə görə gecikmələr qaçılmazdır. Bizim yaxın qonşumuz olan Aydan bizə işıq təxminən saniyələr ərzində çatdığı halda, Günəşdən işığın yerə çatması təxminən 8 dəqiqə müddətində baş verir. Bizə ən yaxın ulduz olan “Alpha Centauri” bizdən təxminən dörd işıq ili uzaqlığında yerləşir. Əgər hətta Yupiterə səyahət edən yadplanetli kosmik gəmisi olsa belə, biz onu çox kiçik olan teleskopumuzla görə bilmərik. 2011-ci ilin avqustunda havaya buraxılmış Juno kosmik gəmisi Yupiterə 2016-cı ilin iyulunda çatdı. Əgər səyahəti zamanı onun başına bir hadisə gəlsəydi biz bu hadisəni onun ötürdüyü işıq sürətli radio dalğalarla müəyyən edə biləcəkdik. Amma bir qədər gec…
Cavab: Ona görə ki, müşahidə etmək istədiyimiz kosmik obyektlər bizdən bir neçə işıq ili uzaqlığındadır. Əgər işıq sürəti trilyonlarla ölçülsəydi o zaman heç şübhəsiz ki, bütün kosmik obyektləri istədiyimiz an gecikmə olmadan müşahidə edərdik.    
                                                                                                                             (Ülviyyə Hüseynova)

Hiç yorum yok:

Yorum Gönder