1) Açıq səmada göy üzünü niyə mavi görürük?
Ləvazimatlar:
- Təmiz stəkan
- Sabun
- Ağ işıqlı əl fənəri
- Su
Stəkanınızı su ilə doldurun. Bulanıq görüntü üçün içərisinə biraz sabun damcıladın. Qaranlıq otaqda əl fənərinizi stəkanınıza tuşlayan zaman mavi rəngi görəcəksiniz. Burada əl fənəri günəşdən gələn ağ işıqları təmsil edir. Ağ işıq stəkandan keçərkən qırılır və dalğalar arasında ən uzun dalğa mavi olduğu üçün bu rəng daha qabarıq nəzərə çarpır.
2) Gəmilər niyə batmır?
Çünki suyun sıxlığı onları batırmağa bəs etmir!
Ləvazimatlar
- 2 portağal
- İçi su ilə dolu şüşə qab
Soyulmuş və soyulmamış 2 portağalı eyni stəkana atın. Soyulmuş portağal stəkanın dibinə çökdüyü halda qabıqlı portağal daha çox hava boşluğuna sahib olduğu üçün səthdə qalacaq. Gəmilər də bu formada sıxlıqlarını azaldaraq hərəkət edirlər.


Hiç yorum yok:
Yorum Gönder