SAYTA GİRƏN OXUCU SAYI

28 Eylül 2016 Çarşamba

Edison'nun sönməyən lampası

1879-cu ilin soyuq və şam işıqlı noyabr gecəsi… O, yazı masasında ilk lampanı yandırmağa nail olur. Thomas Edison.. Bugünə qədər bir çox təcrübə etmiş, lakin bunların heç birində uğura nail olmamışdı. Lampanın kəşfi isə maraqlı bir təcrübədən sonra mümkün olmuşdu. Belə ki, Edison bir əliylə pencəyinin düymələrini dartışdıra-dartışdıra lampanı necə yandıracağı haqqında fikirə getmişdi. Elə bu əsnada düymələrdən biri masanın üzərinə düşmüş, düyməni pencəyə bağlayan ip isə Edisonun əlində qalmışdır. Edisonun ilham mənbəyi də məhz bu ip oldu. Köməkçisindən  1 yumaq ip gətirməyini xahiş etdi. İpi hissələrə ayırdı və kömürləşdirərək lampaya əlavə etdi. Beləliklə saatlarla yanmağa davam edən lampanı kəşf etdi. Zaman ötdükcə isə Edison ixtirasını təkmilləşdirmək və heç sönməyən lampa yaratmaq fikrinə düşmüşdü.

Müasir dövrümüzdə 1 əsr ömrü olan lampalar mövcuddur. 1900-cü ilin əvvəllərində Western Electric Company adlı şirkətin istehsal etdiyi bəzi lampalar hələ də yanmaqda davam edir. Bundan əlavə Thomas Edisonun Floridadakı evində yanan lampanın da onun yaşadığı dövrə aid olduğu güman edilir. Sönməyən lampanın sirri içindəki qaza heç oksigen əlavə olunmamağındadır. Əgər oksigen əlavə olunmasa içindəki flama oksidləşməz və bəlkə də əsrlər boyu yanmaqda davam edər.
                                                                                                      
                                                                      qaynaq:
                                                                                           teknokulis.com           newsworthyplanet.com

                                                                                
                                                                                                                      

Hiç yorum yok:

Yorum Gönder