Barmağımızı zədələdikdə axan qanı dayandıran bir sistemə sahib olmasaydıq qan itkisindən ölməyimiz çox asan olardı. Bu möhtəşəm sistemə laxtalanma adı verilib.
Laxtalanma tıxacda baş vermiş qəza hadisəsinə çağırılan təcili tibbi yardım funksiyasını daşıyır. Bədənimizdə hər hansı bir yaralanma olduğu zaman ilk yardımı laxtalanmanın əsas tərkib hissəsi olan trombositlər edir.
Trombositlərin nizamsız hərəkətini dayandıraraq qan axan yerə yönləndirən isə yol polisi vəzifəsindəki ”Von Willebrand” adlı proteinlərdir. Yaralı bölgəyə üz tutan ilk trombosit digər trombositləri də xəbərdar edərək köməyə çağırır. Digər trombositlər isə bu çağırışa bir çox hallarda müsbət cavab verirlər.
Bədənimizdə hərəkətdə olan 20-ə yaxın trombosit yaranın üzərində yığılaraq trombin adlı protein istehsal edirlər. Bu trombinin istehsalı yalnız yaranın üzərində mümkündür və lazımi anda istehsal prosesi dayanır. Protein istehsalı kifayət etdiyi zaman fibrinogen adlı liflər əmələ gəlir. Bu liflər yaranın üzərində hörümçək toru kimi birləşir və trombositlərin yığılmasına yardımçı olur. Bu zamana qədər axan qan isə çıxmağa bir yeri olmadığı üçün dayanmaq məcburiyyətində qalır.
qaynaqlar
saglikvakti
newsworthyplanet

Hiç yorum yok:
Yorum Gönder