Sizin temperaturunuz 37 dərəcədən 43 dərəcəyə yüksəlsə,orqanizm bunu azaltmağa çalışır,yəni neqativ cavab verir. Lakin sizin temperaturunuz 37 dərəcədən 18 dərəcəyə düşdükdə orqanizm buna da neqativ reaksiya verir,amma bu neqativ reaksiyalar ümumilikdə pozitiv bir nəticəyə gətirib çıxarır. Bu misalı 1 litr qan itirmə halında düşünün...
--- Ziya Mehdiyev
.
Deyək ki,1 litr qan itirmisiniz və buna görə sinir sisteminə minlərlə qıcıq daxil olur. Zənn edin ki,desktopunuza virus düşüb və antivirus bunu dayanmadan sizə bildirir. Bu virus üstəlik heç vaxt bir konkret təsirə malik olmur. Qan itirmisizsə,ürək əzələnizə az qan gedir,beyninizə az qan gedir və bundan başqa gedən yüzlərlə kimyəvi reaksiya öz miqdarını dəyişir. Sinir Sistemi isə bütün bunlara mütləq şəkildə qarşılıq verir. Heç də hamısına eyni cavabı verə bilməz,həyatda qalmaq üçün pozitiv reaksiya da verməli olur(məsələn doğuş zamanı gərilən əzələlərin daha da gərilməsi).
Xəstəlik niyə sizin üçün qeyri-adi vəziyyət hesab edilir? Sual ilk oxunuşdan sizə çox məntiqsiz göründü,belə də olmalıdır.
Homeostaz-orqanizmin daxili mühitinin sabit qalmasıdır.
Diqqət etməli olduğumuz şey bunun mikro səviyyədə getməsidir. Yəni orqanizm özü-özünü tənzimləyir. Orqanizmdə görülməmiş hərbi intizam var desək yanılmarıq. Hüceyrə daxilində baş verən dəyişikliklər ümumilikdə çox ciddi problemlərə səbəb ola bilir. Təkamülən canlıların həyatda qalmasına uyğunlaşmaların olması mütləqdir. Homeostazı orqanizmin öz daxilində baş verən dəyişiklərə qarşı aldığı bir uyğunlaşma hesab edə bilərik. Bu dəyişikliklərə 2 cür ola bilir. Artış- pozitiv,azalma-neqativ hesab edilir,ancaq mahiyyət etibarı ilə hər iki hal orqanizm üçün çox önəmlidir. Çünki orqanizm sabitliyə uyğunlaşıb və bütün səylərlə buna çalışır. Bunu da qeyd etməliyəm ki, orqanizm baş verən dəyişikliklərə adətən neqativ cavab verir.
Nəticə etibarı ilə orqanizm özünü həyatda tutacaq qərarı verir( Professor Guyton qeyd edir ki, hər pozitiv reaksiya neqativ reaksiyadan əmələ gəlmişdir). Orqanizm yaşamağı bizdən çox istəyir və bütün funksiyaları həyatda qalmağa xidmət edir.
--- Ziya Mehdiyev





Hiç yorum yok:
Yorum Gönder