İnsani Hisslər ümumi məcmudur. Gəlin burdan Sevgi adlı hissi alaq , çıxaraq ataq kənara sonra da onu incələyək görək sevilə bilirik mi, və ya bu sevgi adlı şey nədir?
Sevgi Nədir? çox çətin sualdır. Çətin olmaqla yanaşı nisbi sualdır və buna uyğunda cavabları da nisbdidir...
Sevgi Nədir? çox çətin sualdır. Çətin olmaqla yanaşı nisbi sualdır və buna uyğunda cavabları da nisbdidir...
Çünki bu sualı elm adamına versəz sizə sevginin əslində hormon olduğunu, dopomin və seratonin kimi xoşbəxtlik hormonlarının toplusu olduğunu söyləyəcək. Hətta sevgi hormonu deyə bir formul da var ki, elm adamlarının dediyinə görə bu formul sevginin ana maddəsidir. Rəsmdə görürsüz.
Ancaq sualı gedib filosofa versəniz tam başqa cavablar alacaqsınız. Sevgini ya aşağılayacaqlar, ya da başqa dəyərlər yükləyəcəklər. Ədiblərdən-şair və yazar tayfasından soruşmağa dəyməz,çünki onların sevgi anlamı ayrılıq, acı və əzabdır.Yoldaşlar sevib sevilib, xoşbəxt olsalardı bu qədər şeir yazılmazdı ki…
Ancaq biz özümüzə sual versək ki, niyə sevirik? Bu cavabı alacağıq: Səbəbsiz. Ayılın Kvant Dünyasında yaşamırıq ki, səbəb-nəticə əlaqəsini unudaq.Biz makrodünyada yaşayırıq və İ.Nyutonun qanunları ödənir. Determinizmin bütün şərtləri özünü əks etdirir. Bizim birisini sevməyimiz onu Aşıq Veysəl demiş: “ Gözəlliyin beş qəpik etməz, Məndəki bu eşq olmazsa” –fikrindəki kimi qarşı tərəfi gözəl , dəyərli və uca etmir. Qarşı tərəf gözəl, uca, dəyərli biri oldugu üçün biz onu sevirik. Sevgidən kimlər əziyyət çəkir? Lazım olduğundan artıq sevənlər. Ancaq bu lazım olan “dozanı” mən də bilmirəm. Ancaq zənn edirəm ki, bu dəyər artıq və ya əskik olanda sevgi yumaq olur. Di gəl,bununla pişik kimi oyna. Mən soyuqqanlı sevməyi üstün tutaram ,çünki o zaman Özünüz rahat olursunuz. İndiyə qədər sadə şəkildə oxudunuz, sadə cümlələr izlədiniz. İndi işləri qəlizləşdirirəm. Fərdin sevməsi üçün ehtiyacı olan şey sadəcə Özündən ya aşağı olan , ya da özünə uyğun gördüyü birisindən xoş şeylər hiss etməkdir. Ancaq bu məsələ nə dərəcədə doğrudur? Sevilən şəxs sevəndən aşağı olsa, o zaman köləliyə gedib çıxacaq. Özünə bərabər olsa, o zaman kommunal sistem olacaq məcbur olacaqlar özlərində hər şeyi bərabər paylaşmağa, sevgini, dəyərləri, eqonu, seksi və s. Kommunistlərin daima bir tanrıya ehtiyacı var idi-əməyə. O zaman özünə uyğun olanı sevdiyiniz zaman sizin tanrınız kim olacaq? Düşünün. M.Bakunin nə demişdi? Göy üzündə bir əfəndimiz oldugu müddətcə yer üzündəkilər köləlikdən qurtula bilməz. Deməli, yoldaşlarım özünüzə uyğunu sevsəniz, özünüzdən aşağı olanı da sevsəniz həmişə kölə olaraq var olacaqsınız. Ancaq bu köləliyi səhv anlamayın. Kaş bütün köləliklər elə bu şəkildə olardı. Burada ağa sadəcə sevgidir. Bunun arzulanan və ya arzuolunmaz olması individin psixologiyasına əsaslanan seçimdir. Bəs digər məsələ, özünüzdən yuxarı birini sevə bilərsiniz?Sizdən düşüncə baxımından, ağıl baxımından üstün olan birindən söhbət gedir. Bu sevgi tamamən cəsarət üstünə qurulmuşdur .Fərd öz eqosun qırmalıdır ki, özündən üstün birini sevsin. Onsuz da sevdiyiniz şəxsi axır-əvvəl özünüzdə üstün edrisiniz bu ayrı məsələ ancaq bir düşünün ki sizdən qat-qat üstün birini sevirsiz buna mən cəsarətli sevgi və ya eqoizmsiz sevgi deyirəm ki bu istənməyən şeydir. Eqo yoxdursa Məndə yoxam. Yavaş-yavaş nə demək isdədiyim anlaşılır deysən.
Fərdin 3 cürə sevgisindən danışdım.: 1) Özündən aşağı olan birisin sevmək 2) Özünə uygun olanı sevmək 3) Özündən üstün olan birisin sevmək. 1) və 2) normaldır isdənəndir. Mən 3)-ə qarşıyam. Sizi bilmirəm necə isdəsəz elədə edin. Sevən zaman bütün dünyanın rəngləndiyi deyir insanlar bu belədir bəli. Çünkü qanda olan hormonlar sizi elə məst edirki heçnədən xəbəriniz olmur ancaq onunla olmağı düşünürsüz ancaq O , O və yenədə O. Ancaq sonra ayılanda hiss edirsizki dünya dəyişir irəli gedir siz hələdə Onda qalmısız. Dünya isə iyirmidədir. bu sevgini burda gəlin ayıraq: Romantik sevgi Mistik sevgi Eqoistik sevgi( bunuda böləcəyik ancaq növbəti bölümdə) Romatik sevgi siz insanların yaşadığı şeydir. .şeirlər yazılır, mahnılar bəstələnir. Üzr isdəyirəm Musiqilər… daha nələr nələr… ancaq burada unudlan bir şey var romantizm sadəcə axmaqlıq əldə edilə bilər. Yəni gərək o qədər xoşbəxt olasanki, axmaqlaşasan və sonrada bu cür olasan bu cür axmaqlığa varam! Ancaq yerində. Çünkü yerində olamayanda insanı axmaqdan çox avam edir. Mən avamlığa qarşıyam yoldaşlar! Romantizmdə unudulmayacaq məsələ budur: özünü fəda etmək. Baxaq vətən sevgisinə. Vətən bizdən can tələb edir və alırda. Tanrı bizdən ona xidmət etməmizi istəyir. Qarşılğında isə sonsuz cənnəti vəd edir. Ancaq bu dünyanın cəhənnəm olmasına göz yumaraq. Burada toxunmaq isdədiyim nöqtə. Özün fəda edilməsidir. Bunu etməyin. Bir müqəddəs şey axtarırsa əlinizdə çıraq , alın sizə müqəddəs şey-Öz! Romantizmdə bu nöqtə can alıcı nöqtədir. gedin bütün ifrat romantiklərə baxın, hamısı sonda məyus olur. Məyusluq axı sevgiyə xas deyildi. Bəlkədə xasdır bilmək olmaz ancaq mən məni məyus edən hər şeyə qarşıyam. Nə zaman məyus olmayacağam? O zaman ki, yerində sevəcəyəm nə çox nə az. Ancaq çox sevə bilərəm, bu baxır sevdiyim şəxsin Şəxsiyyətinə. Ucadırsa şəxsiyyət sevgidə avtomatik olaraq ucalır. Çünkü qaçış yolumuz yoxdur. Amma romantizmin dibində olan məyuslugu öncədən sezmək olar və bundan qaçış yolu vardır. Özünü fəda edən birisi sevgisi gösdərdiyini zənn edir. Doğrudur. Zənn edir. Özünü fəda etsə bəs sonda qarşı tərəfə nəyi verəcək? Öz fəda olunub artıq. Ona görə bu məsələdə ikili dəyər girir işin içinə. Hər iki tərəf dəyərin tarazlaşdırı ortaya qoysa ki, bu çətin alınır o zaman, problem azca həll olunmuş olur. Dəyər burada önəmli faktordur. O təyin edir demək olar hər şeyi. Ölüç vahidi yoxdur . ancaq mən cə var. Öz-dəyərin ölçü vahididir. Nə qədər uca öz, o qədər uca dəyər. Özündə kimsənsə o dəyərə sahibsən. Qurtula bilməzsən Mənini dəyişdirə bilərsən acaq Özünü əsla. Stirner demiş, “Öz dilin son nöqtəsidir, ona çatmaq mümkün deyil”. Bu romantimz haqqında bəs etti deyəsən. Anladıq ki, ifrar romantizm və özünü fəda etmək, hətta sevgili belə olsa isdənməyən haldır. Misiktik sevgiyə baxaq, ona baxmağa ehtoyac yoxdur zartən o ortadadır. Dindəki sevgini alın qoyun buraya olacaq eynisi. Mistikadan qaçmışam hər zaman. Real olanı sevirəm. Ancaq Mistik sevənlər də var. Görmədən, duymadan, hiss etmədən sadəcə özündə yaşadaraq . bunun nəticəsi ancaq və ancaq fərdin kölələşməsidir.
Fərqli bucaqdan baxası olsaq , bir baxımdan yaxşıdır. Rahat edir fərdi. Bütün hər şeyi özündə yaşayır. Buradakı özü yuxarıdaki Öz ilə qarışdırmayın. Buradakı Öz sadəcə söz gəlişidir. Yuxardakı isə Məndən də dərin olan insanın saf halıdır. Mistika haqqında başqa deyəcək heçnəyim yoxdur. Qaldı Eqoistik sevgi bu isə növbəti yazının mövzusudur. Umumiləşdirək və bitiriək sizdə bezdiniz artıq bilirəm. Biz İnsanı dəyərlərdən-hisslərdən danışdıq. Sevgini ələ aldıq incələdik. Sevmə formalarına baxdıq və anladıq ki, Nə qədər sevsək belə bu sevgi qarşılıqlı xarekterə dönüşmədikcə , ikili dəyərlər sabitləşmədikcə ancaq bizə zülüm edəcəkdir. Bu ortaq dəyər meyarını tapıb çıxarmaq lazımdır. Onuda tapmaq üçün gərək möhkəm gücü olsun. Romantik sevgi normal sevgidir. Ancaq ifratıa qaçmadan. Özününzü fəda etmədən. Onsuzda əgər birini sevirsizə (bu vətən, millət, tanrı və sairə hər şey ola bilər . konkret fərdə olan sevgi deyil) Onsuzda özünüzü fəda etmisiz deməkdir. Daha da özününzü məhv etməyin. Yaşamın qədrini bilin ki, Yaşamda sizə şans versin.
qaynaq: rezonanss.com

Hiç yorum yok:
Yorum Gönder