SAYTA GİRƏN OXUCU SAYI

2 Ekim 2016 Pazar

"Ulduz falı" yalani , uydurma "bürclər"

Ulduz falına inananlar, ulduzların həm onların xarakterini müəyyən etdiklərinə həm də həyatları boyunca onların həyatlarını istiqamətləndirdiyini fikirləşirlər.
         Bizə ən yaxın ulduzlar Alfa Centauri sistemindəkilərdir. Bu ulduzlar Günəşə 4.27 işıq ili məsafədədir ( Alfa Centauridən bizə olan məsafə 40,000,000,000,000 kmdir). Bu qədər uzaqda olan bir ulduz insana hansı mexanizmlə təsir edə bilər?


 Ulduz falından danışılırsa, özü də bir ulduz olan günəşin təsirlərindən niyə bəhs edilmir? Bürclər insan xarakterini müəyyən etsəydi cəmi 12 tip insan olardı və onları idarə etmək üçün bu qədər dinlər və siyasi sistemlər icad edilməzdi, insanı anlamaq üçün humanitar elmlər mövcud olmazdı , sosyal elmlərdə insanın davranışını hansı dərəcədə təbiətin, hansı dərəcədə mühitin müəyyən etdiyi mübahisələri aparılmazdı. İnsan tamamən təbiətin əsəri olaraq qəbul edilərdi. Əgər 12 tip insan olsaydı onda 7 milyard insanın gündəlik həyatı cəmi 12 müxtəliflik göstərərdi, məsələn 600 milyona yaxın insan eyni gündə “ziyarətə getmək” məsləhətinə əməl etməli olardılar
           Ulduz falına inanmaq insanın zehni olaraq mifolojik dövrdə yaşamasının bir təzahürüdür. Şekspir demişkən “Qəbahət insanlarındır, ulduzların deyil”.       (odin)
                                                                                        

Hiç yorum yok:

Yorum Gönder