İnsanın palçıqdan yaradılması Şumer mifologiyasında:
Bildiyimiz kimi ilahi dinlərdə Tanrı insanı palçıqdan yaradır və sonra ona ruh üfürür. Həmçinin ilahi dinlərdən daha qədimə gedib çıxan Şumer tanrısı Enki (Ea) də palçıqdan (gildən) insan düzəldən tanrı kimi tanınır...
Və divar şəkillərində çox yerdə həyat ağacı ilə təsvir olunur. Bu həyat ağacı isə qədim-ezoterik dini inanc sayılan Kabbalaya gedib çıxır. Yəhudilərin müqəddəs kitabı sayılan Tanax isə Kabbaladan ilhamlanaraq yazılıb
Adəm və Həvvanın cənnətdən qovulması Şumer mifologiyasında:
Şumer mifologiyasında Enlil və Enki tanrıları yaşayan bağda (Cənnət və yaxud Eden bağı)
elə bu tanrıların əmri ilə Humbabaya insanların sidr ağacından istifadə etməsinə icazə verməyib
Maraqlı faktlardan biri də Bibliyada sidr ağacı tanrı sarayının hazırlanmasında istifadə olunan material,
həmçinin rifah və firavanlıq ağacı kimi qeyd edilir.
. Həmçinin biz çox yaxşı bilirik ki, Adəm və Həvva Allahın onlara qadağan etdiyi ağacdan yediyi meyvələr olub.
Bəziləri buna alma deyir, bəziləri buğda deyir. Bu qeyd olunanlara əsaslansaq isə, söhbət sidr ağacından gedir. Sidr şamının da qozaları və içində buğdaya bənzər toxumları var.
Dünyanın su basması və Nuh gəmisi Şumer mifologiyasında:
Şumer tanrısı Enki. Akkad dilində Eu və yaxud Eua. Şumer mifologiyasında 3 ən böyük tanrıdan biri.
Digər 2-i Enlil və Anu. Enki müdriklik, mədəniyyət tanrısı, yeraltı sular və torpaq tanrısı.
Mifologiyaya əsasən Enki dünyanı yaradanda dağlardan çaylar üçün yol açan zaman əziyyət çəkməsin deyə gildən insan hazırlayır. Bununla da bu işləri insan görmüş olur.
Zaisudra mifologiyasında Enki dünyanın su basacağını Enlilə əmin edərək mücrü düzəltməyi təklif edir. Eynilə Bibliyadakı Nuhun gəmisi tarixcəsinin Şumer variantıdır. Ancaq bu tarixcə Bibliyadan daha qədimdir.
Shumer mifologiyasina əsasən dünyanı subasması eramızdan əvvəl 12-ci minillikdə baş verib.
Sözsüz ki, bu dünyanın su basması ancaq Şumer ərazisində olan 5 şəhəri əhate edib.
7 gün 7 gəcə subasmadan sonra Enki və Enlil tanrıları qoyun və buğa kəsirlər.
Həmçinin bu subasmada insanların bəziləri sağ qaldığı üçün Enki onlara kömək edən
biri kimi qələmə alinir. (odin.az)

Hiç yorum yok:
Yorum Gönder