SAYTA GİRƏN OXUCU SAYI

18 Eylül 2016 Pazar

Ölüm nədir? Niyə ölürük?

Ölüm təkamüllü müddətdə canlılar arasındakı mübarizəni tarazlayır. İlkin atalarımızda, yəni tək hüceyrəli koaservatlar və bakteriyalarda belə mübarizə nəticəsində "mexaniki ölüm" dediyimiz halla qarşılaşırıq. Ancaq yenə Təkamüllü Biologiyanın açıqlamalarına tamamilə uyğun bir şəkildə prokariotların demək olar ki, heç birində "təbii ölüm" hadisəsindən bəhs edə bilmirik. Yəni bunların heç biri bizlər kimi "yaşlanma nəticəsində" ölmürlər. Bu da son dərəcə aydındır, çünki yaşlılıq və bunun nəticəsində təbii olaraq həyatın sona çatması təkamüllü müddətdə əldə edilmiş, tarazlayıcı bir adaptasiyadır. Təkamüllü Biologiyanın bizə öyrətdiyi üzrə həyatın bioloji olaraq yalnız 2 məqsədi vardır: həyatda qalmaq və törəmək. Buna görə bunu bacarmış bir canlının varlığını davam etdirərək, yeni doğulan canlıların qaynaqlarını istehlak etməsi növün davamlılığı baxımından təhdid edici bir haldır. Buna görə təkamüllü müddətdə qulağa heç xoş gəlməsə də "ölüm" dediyimiz hüceyrələrin dağılması (dekompozisiyası) nəticəsində canlılığı itirmə vəziyyəti yaranır. Bu müddətin əldə edilməsi də çox sadə bir mexanizmə əsaslanır : Qısaca, "ölüm" dediyimiz fakt hüceyrələrimizin hər bir bölünməsi əsnasında DNT-nin uc qisimlərində olan telomer strukturlarının cütləşməyərək, hər bir bölünmə nəticəsində canlının hüceyrələrindəki DNT-nin qısalması və bunun nəticəsində bir müddət sonra hüceyrələrin artıq özlərini cütləyə bilməmələri nəticəsində canlılığın (enerjini istifadə edərək aktiv olaraq entropiyaya qarşı mübarizə aparma halının) sonlanmasıdır.

Hiç yorum yok:

Yorum Gönder