SAYTA GİRƏN OXUCU SAYI

20 Eylül 2016 Salı

İsti cisimlər niyə qırmızı rəngdə görünürlər?

İstiliyi mütləq sıfır (0) nöqtəsindən çox olan hər cisim isinir. Cisimlərin isinmə səbəbi atomların ya da molekulların termal titrəyiş enerjilərinin bir qisminin foton olaraq ayrılmasındadır. Dəmir çubuq yüksək istiliyə qədər qızdırılarsa əvvəl qırmızı, sonra isə ağ rəngdə parıldayır. İstilik enerjisinin işıq enerjisinə çevrildiyi bu hal ”közərmə” olaraq da başa düşülə bilər. İstiliyin yüksəlməsi ilə cisimlərin rənginin dəyişmə səbəbi isinmə miqdarının müəyyən dalğa uzunluğunda maksimum olmasıdır. Məsələn, istiliyi 1000 Kelvin olan bir cisim hər dalğa uzunluğunda isinsə də isinmə miqdarının ən çox olduğu dalğa uzunluğu məhz infraqırmızı bölgədir.

       İstiliyi artan cisimlərin yaydığı işığın rəngi qırmızıdan maviyə doğru dəyişir. Səthinin istiliyi təxminən 6000 Kelvin olan Günəş isə ən çox 550 nanometr dalğa uzunluğunda saçıldığı üçün sarı göründüyü halda istiliyi 10.000 Kelvin olan daha isti ulduzlar daha qısa dalğa uzunluqlarında saçılır və bu səbəblə də mavi rəngdə görünürlər. Qırmızı isə hər nə qədər insanlar üçün yüksək istiliyi ifadə etsə belə soyuğun rəngi olaraq başa düşdüyümüz mavi rəng qırmızıdan daha isti sayılır. 
          

Hiç yorum yok:

Yorum Gönder