İnsanın iradəsi varmı? “Çay yoxsa kofe içim?”
Qarışıq və qəliz mövzu olsa da, iki əsas görüşdə onları qruplaşdırmaq olar. Birinci qrup, deterministik görüşə görə iradə yoxdu, bizim seçimlərimizi keçmiş olaylar bəlirləyir. Beyində gedən proseslərin nəticəsi qərarları təyin edir. Astrofizikaçı S.Hokinq deyir ki, insan beynində gedən proseslər tamamən fizikidir, hansı ki, onları hesablayıb insanın verəcəyi qərarı əvvəldən bilmək olar. Sadəcə tənliklərin sayı trilyonlarla olduğuna görədir ki, hesablamaq mümkün deyil. Superkompyuterlər olsa, bu da mümkündü. İkinci görüş isə onu deyir ki, insanın iradəsi var və insan seçir. Bu seçimdəki qərarları fiziki proseslərlə təyin etmək mümkün deyil. Bu görüşdə də doğruluq payı orasıdır ki, insan qərarlarını özü vermirsə, “məndən asılı deyildi, beynimdə neyronların qarşılıqlı fiziki təsirilə oldu” deyən, adam öldürmüş cinayətkarı suçlamaq mümkün görünmür. Bəs onda cinayəti kim işlədi?
Elm fəlsəfəçisi D.Dennet kimi həm determinizmin, həm də sərbəst iradənin varlığını eyni anda insanda olduğunu deyən kompatibilist görüş də var. Ancaq ümumiyyətlə, sosial fəlsəfəçi C.Sörl dediyi kimi, elm adamları bu suallar qarşısında acizdirlər, neçə illərdi elə eyni şeyləri fırladıb deməkdən başqa bir irəliləyiş olmayıb.
Neyroelmin suala cavabı isə 80-ci illərdə olmuş Libet eksperimentinə əsaslanırdı. Eksperimentin nəticəsinə görə insan qərar verməmişdən 1 saniyə əvvəl şüuraltı dövrəyə girərək qərar verir. Şüur da həmin qərara tabe olur. Beləliklə, insan seçimlərini şüurla seçmir. Hardasa deterministik görüşə yaxın fikir. Yəni “ çay yoxsa kofe? “ - insan özü seçmir. Beyin əvvəldən kofe seçibmiş. Özü seçdiyini zənn edən iradə isə bir illuziyadır. Dennet özü bu eksperimentin nəticəsini kontroversial hesab edərək, seçim etməyimiz haqda bir fikir vermədiyini deyir.
Dekabrda Almaniyada, Berlindəki Bernştayn Neyrelm Mərkəzi, Berlin Texniki Universitetinin Neyrotexnologiya qrupu, Neyroşəkilləndirmə qrupu, Humboldt Univeristetinin Psixlogiya fakultəsilə birlikdə dərc etdikləri araşdırma nəticəsində məlum olub ki, sən demə insan nəinki şüurunudakı prosesləri, həm də şüuraltı prosesləri də kontrol edə bilirmiş. Bu o deməkdir ki, iradənin illuizya olması əsassız görüşdü. Doğurdan da, insan iradəyə malikdi. Yəni “çay yoxsa kofe?” seçimlərini iradə vasitəsilə insan özü seçir, cinayətkar da törətdiyi işdən özü məsuldu. Araşdırma xüsusi hazırlanmış beyin-kompyuter interfeysi vasitəsilə yetərli sayda insanın üzərində aparılmışdır. Klassik görüşü alt-üst edən bu araşdırma neyroelm aləmində əks-səda doğurmaqla bərabər, elm aləmində yeni səhifə açaraq, növbəti mərhələ eksperimentlərin başlanacağını xəbər verməkdədir
Hiç yorum yok:
Yorum Gönder