SAYTA GİRƏN OXUCU SAYI

15 Mayıs 2016 Pazar

Qusar rayonu haqqinda melumat

Qusar rayonu (lezg.dil-КцIар) — Azərbaycanın şimalında inzibati rayondur. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.Qusarcay vadisində yerləşir.Ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır.Rayon əhalisinin sayı 01 noyabr 2011-ci il tarixə 90438 nəfərdir. Rayonun əhalisinin 21%-i rayonda, 79%-i kəndlərdə yaşayır.




Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s. rast gəlinir. Burada təqribn 200 adda bitki və zəngin heyvanat aləmi mövcuddur. Rayonda 22500 hektar meşə sahəsi (palıd, fıstıq, vələs və s.) vardır.



Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690-730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.




Əhalinin 75%-ini Ləzgiler təşkil edir , Nəqliyyat kodu-38 , Telefon kodu +994 23 , Poçt indeksi AZ3800

2 yorum: