SAYTA GİRƏN OXUCU SAYI

24 Mayıs 2016 Salı

Maraqlı faktlar

1. Təyyarədə olanda saçlar iki dəfə sürətlə uzanır.

2. Açıq gözlə asqırmaq mümkün deyil.

3. Qlobal istiləşmə bəşəriyyəti pivədən məhrum edəcək.

4. Mavi gözlü insanlar ağrıya daha həssasdırlar.

5. Arılar dördə qədər saya bilirlər.

6. Tarakan 9 gün başsız yaşaya bilir, sonra aclıqdan ölür.

7. “Windows”-da “Con” adlı qovluq yaratmaq olmur. Bill Qeytsi uşaq vaxtı belə çağırırlarmış, ona görə bu adda qovluq yaratmağa qadağa qoyub.

8. “Titanik” filminə “Titanik” gəmisindən çox xərc çəkilib.

9. Salvador Dali “Çupa-çups” üçün loqotip çəkib.

10. Limonun tərkibindəki şəkər miqdarı çiyələkdəkindən çoxdur.

11. Uşaqlar yazda daha sürətlə böyüyürlər.

12. Pişiklər ömürlərinin 70 faizini yataraq keçirirlər.

13. Qorxmuş insan daha yaxşı görür.

14. Ok-dünyada ən populyar sözdür.

15. İlbiz 3 il yata bilər.

16. Alyaskanın bayrağını 13 yaşlı oğlan tərtib edib.

17. İngilis kitabxanalarında ən çox oğurlanan kitab “Ginnesin rekordlar kitabı”dır.

18. “American Airlines” sərnişinlərinə verilən salatdan bir zeytun dənəsini çıxarmaqla 40 min dollar qənaət edib.

19. Günəş sistemində yeganə planet Veneradır ki, saat əqrəbinin əksinə fırlanır.

20. Öz dirsəyini yalamaq anatomik olaraq mümkün deyil.

21. ABŞ sakinləri hər gün ortalama 18 hektar pizza yeyirlər.

22. İnsan burnu bütün ömrü boyu böyüyür.

23. Bu mətni oxuyan hər kəs, öz dirsəyini yalamağa cəhd edir.

24. Bir saç teli 3 kiloqrama qədər yük götürə bilər.

25. Buludlar cənub-qərbə doğru hərəkət edə bilmirlər.

26. Smitsonov İnstitutunun Vaşinqtondakı arxivlərindən soyuducuda saxlanılmış iki identik qar dənəciyi tapılıb.

27. 72 saat ərzində burun deşiklərinizdən biri tutularsa, tezliklə rəngləri ayırd etmə qabiliyyətini itirə bilərsiniz.

28. “Coca-cola” kompaniyası uzun müddət Çində satışlar vaxtı “ad problemi” yaşayıb. Səbəb kompaniya adının “Kekukela”, yəni “Qurbağanı dişlə” kimi oxunması olub. 40 min variant arasında edilən marka seçimlərində “Koku Kole”, yəni “Xoşbəxtlik ağzında” qalib gəlib.

29. Su ilə dolu stəkana 80 il durmadan qışqırsaq, su qaynayar.

30. Koka-kolanı rəngləməsələr, satışa yaşıl rəngdə çıxar.
 

                                                                                                           (mənbə: kulis.az)

18 Mayıs 2016 Çarşamba

Coca Cola haqqinda gercekler

Coca-Cola 1886-cı ildə qurulan,Amerika Birləşmiş Ştatları mənşəli spirtsiz içki markasıdır.Qurucusu S.Pemberton-dur.
          Tərkibində 0.001 civarında alkogol var.Hal-hazırda 200-dən cox dünya ölkəsində satılır.
Coca cola haqqında inanılmaz faktlar:
     
  • ABŞ-ın bir çox ştatlarında yol polislərinin maşınlarında qəzadan sonra şosedəki qanı yumaq üçün həmişə 2 qallon (4,5 litr) kola olur
  • Boşqaba steyklə birlikdə kola da tökün və iki gündən sonra görəcəksiniz ki, steyk yoxa çıxıb.
  • Maşının xromlanmış bamperindən ərp ləkəsini aparmaq üçün bamperi koka-kola ilə isladılmış bükülmüş alüminium folqa ilə silin.
  • Avtomobilin korroziyasını aparmaq üçün batareyaya kola tökün və korroziya yoxa çıxacaq.
  • Paslanmış boltu açmaq üçün əskini koka-kola ilə isladın və boltu bir neçə dəqiqə onunla silin
  • Paltarı çirkdən təmizləmək üçün həmin hissəyə bir şüşə koka-kola töküb, yuyucu toz əlavə edin və maşında həmişə olduğu qaydada yuyun.
  • Koka-kolanın cari tərkibi – ortofosforik turşunun pH-ı 2.8-ə bərabərdir. 4 gün ərzində dırnaqlarımız bu məhlulda həll oluna bilər.
  • Koka-kola konsentratının daşınması üçün yük maşını yüksək korroziyalı materiallar üçün nəzərdə tutulmuş xüsusi altlıqla təchiz olunmalıdır.
  • Koka-kolanın distributorları artıq 20 ildir ki, ondan öz yük maşınlarının mühərriklərini təmizləmək üçün istifadə edirlər.


  •    Bir ara kolanın hazırlanmasında böcəkdən istifadə edilir kimi şayələr yayılmışdı.Lakin buna aid 1 dənədə sübut tapılmadı.

15 Mayıs 2016 Pazar

Qusar rayonu haqqinda melumat

Qusar rayonu (lezg.dil-КцIар) — Azərbaycanın şimalında inzibati rayondur. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.Qusarcay vadisində yerləşir.Ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır.Rayon əhalisinin sayı 01 noyabr 2011-ci il tarixə 90438 nəfərdir. Rayonun əhalisinin 21%-i rayonda, 79%-i kəndlərdə yaşayır.




Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s. rast gəlinir. Burada təqribn 200 adda bitki və zəngin heyvanat aləmi mövcuddur. Rayonda 22500 hektar meşə sahəsi (palıd, fıstıq, vələs və s.) vardır.



Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690-730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.




Əhalinin 75%-ini Ləzgiler təşkil edir , Nəqliyyat kodu-38 , Telefon kodu +994 23 , Poçt indeksi AZ3800

Qusar rayonu Uqur kendi