SAYTA GİRƏN OXUCU SAYI

22 Ekim 2016 Cumartesi

murphy qanunları (gündəlik həyatımız)

Bu qanunların ilk nümunəsi hərbi mühəndis, ABŞ Hərbi Hava Qüvvələrinin kapitanı Edvard Merfi Markham (Edward Murphy Markham, 1877-1950) tərəfindən 1949-cu ildə yazılıb

           Bu qanunlarla gündəlik həyatda hamımız rastlaşırıq, amma çoxumuz onların varlığından xəbərsizik. Həyat – absurd (məntiqsiz) durumlarla dolu olduğundan hər şeydə müəyyən məntiq axtarmağın məntiqsizliyi əks olunub bu qanunlarda.

         Əvvəlcə bir neçəsini şəkillərlə göstərək:

          



İndi isə Murphy qanunlarının bir qismini yazılı şəkildə göstərək:

— telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.
— siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
— imtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
— dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
— təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
— biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.
— axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.

uzaqda yaşıl görünən işıqfor nə qədər bərk sürsəniz belə siz çatanda qırmızı olar.
marşrutda elinizi cibinize atıb 20 qepik götürmek isteseniz mütleq 10 qepik çıxacaq
tələsərək dayanacağa yaxınlaşdığınızda minəcəyiniz avtobus təzə uzaqlaşar,çata bilməzsiniz.
— uzun müddət saxladığınız əşyanı atmaq olar. hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.
— tıxacda olan zaman, olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.
— bədənimizdə qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.
əgər telefonda zaryatka minimumdursa və evdən çıxarkən bu gün lazım olmayacağını düşünərək zaryatkaya qoymamısansa, həmin gün ölüm dirim məsələsi qədər vacib olacaq (bura pul da aiddir)  
                                 və.s   minlərlə bele qanun var)


Hiç yorum yok:

Yorum Gönder