SAYTA GİRƏN OXUCU SAYI

27 Ekim 2016 Perşembe

Doğru bildiyimiz 5 yanlış bilgi (1-ci hissə)

1. “Kəpənəklərin ömrü bir gündür”.Yanlışdır! Kəpənəklərin sadəcə bir neçə növü cəmi bir gün yaşayır. Daha “kəpənək olsaydım da bu günləri görməsəydim”, “kəpənəyin qəlbini qırdınsa sabahı gün üzr istəyə bilməzsən” kimi mənasız sözlər sizə pis təsir etməyəcək.

2.“Siçanlar pendiri sevirlər”.
Yanlışdır! Siçanlar pendiri sevmirlər, onlar taxıl bitkilərini və şirin meyvələri sevirlər.



3.“Nyuton başına düşən almalardan sonra yerin cazibə qüvvəsi olduğunu kəşf etdi”
Yanlışdır! O almalar Nyuton ağacın altında olarkən düşmüşdü,amma,heç biri onun başına düşməmişdi.


4.“İtlər dünyanı ağ-qara görür”.
Yanlışdır! İtlər də insanlar kimi rəngli görür ,amma, insanlar qədər parlaq görmürlər.


5.“Dəvələr hürgüclərində ehtiyat halda su saxlayırlar”.
Yanlışdır! Dəvələr hürgüclərində su deyil yağ saxlayırlar və lazım olduqda bu yağı parçalayıb su halına çevirirlər. Əlavə məlumat kimi onu qeyd edim ki, 1 kq yağ parçalandıqda 1,1 litr su ayrılır.


Hiç yorum yok:

Yorum Gönder