SAYTA GİRƏN OXUCU SAYI

8 Ekim 2016 Cumartesi

24 saat ərzində nələr baş verir?

Bir çoxumuz heç təsəvvür edə bilmərik ki, bu qısa 24 saat ərzində dünyada nələr baş verir. Biz bu baş verənlərin çoxuna fikir vermirik, lakin digər canlılar üçün bunlar həyati əhəmiyyət daşıya bilər. 


  • Yeni gün bizim planetimizə 365 min yeni doğulan körpə bəxş edəcək.
  • 18 milyona yaxın insan öz doğum gününü qeyd edəcək.
  • Yerə sutka ərzində 8,6 min ildırım düşəcək.
  • Bir ağac planetin 2 sakininə kifayət edəcək qədər oksigen ayıracaq.
  • 142 min yeni avtomobil istehsal ediləcək.
  • Çinlilər bir gün ərzində 510 min ton düyü toplayacaqlar.
  • Bütün dünyada olan toyuqlar 190 milyon ədəd yumurta verəcəklər.
  • Kağız paketlərin hazırlanması üçün 40 min, tualet kağızı üçün isə 27 min ağac kəsilmiş olacaq.
  • Hər birimiz orta hesabla 15 dəfə güləcəyik.
  • İnsan ürəyi 104 min dəfə döyünəcək.
  • İnsan təxminən 23 min dəfə nəfəs alıb-verəcək.
  • Təkcə Londonda 93 min siçovul doğulacaq.
  • 150-200 növ bitki, həşərat, quşların və məməlilər ekoloji çirklənməyə görə məhv olacaq.
  • Hər birimiz orta hesabla 8 min addım atacağıq.
  • Yarasa minə yaxın həşərat yeyəcək.
  • Yer üzündə 7 zəlzələ olacaq və 18 min şimşək çaxacaq.
  • Orqanizmimizdə 50 milyon hüceyrə öləcək və bərpa olunacaq.
  • İnsan orta hesabla 20 dəqiqə tualetdə keçirəcək.
  • İnsan saçı 0,35 mm uzanacaq. Bu müddət ərzində insanın saçı təxminən 40-100 dəfə töküləcək.
  • Hər birimiz 48 minə yaxın söz söyləyəcəyik.
  • Bütün dünyada 15 milyon siqaret satılacaq.

Hiç yorum yok:

Yorum Gönder