13 rəqəminin uğursuz olduğuna dair inanclar dünyada o qədər geniş yayılıb ki, hətta bəzi ölkələrdə qadağalara da səbəb olub. Bir çox ölkədə evlərin qapısına 13 nömrəsi verilmir və ya bəzi təyyarələrdə 13-üncü oturacaq yoxdur. Eynilə mehmanxanaların çoxunda 13-cü mərtəbə yerinə bəzən 12A, bəzən isə birbaşa 14 rəqəmi istifadə olunur. Bəzilərində isə 13 nömrəli otaqların olmamasını da unutmamalıyıq. Bundan əlavə ayın 13-ündə işə gəlməməyi, təyyarə və ya qatar vaxtını dəyişdirməyi də misal çəkmək olar.
Araşdırmalar göstərir ki, 13 rəqəmi hər ay (ayın 13-ü) Birləşmiş Ştatlar Hava Yolları şirkətlərinin milyonlarla dollar itirməsinə səbəb olur. Bu inanc bir növ fobiya, yəni qorxu xəstəliyi olub
elmi dildə ‘triskaidekaphobia’ adlanır.
Bu batil inancın kökünün çox qədim tarixi var. Hətta bəziləri ilk belə inancların qədim Skandinaviya torpaqlarında yayıldığını güman edir. Təbii ki, uzun tarixinin olması 13 rəqəmi haqqında əfsanələrin də meydana gəlməsinə səbəb olub. Məsələn, əfsanələrin birində işıq və gözəllik tanrısı Balder ziyafət təşkil edir. Balder vikinqlərin məşhur tanrısı Odin ilə Frigganın oğlu hesab edilir. Bu ziyafətə 12 nəfər dəvət olunsa da yalanların və hiylələrin tanrısı Loki dəvət edilmədiyi halda 13-cü qonaq kimi iştrak etmək istəyir. Lakin bu əsnada yaranan mübahisə zamanı Loki Balderi öldürür. Bu hekayə və inanc Skandinaviyadan Avropanın cənubuna kimi hər yerə yayılır. Xristian versiyasında isə Balderin yerini Hz. İsa, Lokinin də yerini Judas tutur. Yeməkdən sonra 24 saat ərzində Hz. İsa çarmıxa çəkilərək öldürülür. Bu səbəbdən də xristianlarda axşam yeməyində 13 nəfər bir yerə yığışırsa bunlardan birinin başına hər hansı bir bədbəxt hadisənin gələcəyinə inam böyükdür. (elmazerbaycan)
Hiç yorum yok:
Yorum Gönder